AZ | EN     

 
Həyat yolu
 
Yaradıcılığı
 
Əsərləri
 
Kitablar
 
Fotoarxiv
 
Xəbərlər












 
MİRZƏ ŞƏFİ VAZEH 220 - ALMANİYA



MİRZƏ ŞƏFİ VAZEH 220 - ALMANİYA

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 fevral 2014-cü il tarixli sərəncamına uyğun olaraq görkəmli şair və maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı mühüm tədbirlər yalnız ölkəmizdə deyil, bir sıra xarici dövlətlərdə də qeyd olunur. Bu günlərdə Almaniyanın Frankfurt şəhərində bu görkəmli şəxsiyyətin yubileyi ilə əlaqədar beynəlxalq tədbir keçirilib. 66-cı Beynəlxalq Frankfurt Kitab Sərgisi çərçivəsində keçirilən toplantıda dünyanın bir çox ölkələrindən olan elm, mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin müşaviri Rizvan Nəbiyev və AMEA Gəncə Bölməsinin doktorantı, şəhərimizin təmsilçisi Elnur Həsənov məruzə ilə çıxış ediblər. Məruzələr ətrafında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, həmçinin Almaniya, Türkiyə, İsveç, Qazaxıstan, Qırğızıstan, Ukrayna və digər ölkələrdən olan elm və mədəniyyət xadimləri çıxışlar ediblər.
Məlum olduğu kimi, möhtərəm prezidentin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla tədbirlər planı hazırlanmışdır. İlk dəfə olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Avropa arxiv və muzeylərində, dövlət kitabxanalarının fondlarında qorunan bir sıra mühüm monoqrafiyalar, eləcə də dahi mütəfəkkirin 226 səhifə həcmində əlyazma nüsxələrinin surətləri şəhərimizə gətirilmişdir. Həmçinin Mirzə Şəfi Vazehin şeirlərinə Avropa bəstəkarlarının yazdıqları musiqi əsərlərinin not nüsxələrinin də surəti Gəncəyə, bu görkəmli maarifçinin vətəninə gətirilərək tədqiq edilmişdir və nəticədə AMEA Gəncə Bölməsində yeni elmi monoqrafiyalar hazırlanmış və nəşr edilmişdir. Tədbirlər planına uyğun olaraq 10 oktyabr 2014-cü il tarixində Almaniyanın Frankfurt şəhərində keçirilən 66-cı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın görkəmli şair və maarifçisi Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı tədbir keçirildi. Bu mötəbər elmi tədbirin 7 gün davam etdiyi müddətdə dünyanın 112 ölkəsindən olan elm, mədəniyyət nümayəndələrinə Gəncə şəhərinin tarixi, abidələri, müasir inkişafı ilə bağlı məlumat vərəqləri, buklet və kitablar təqdim edilmiş, video-çarxlar nümayiş etdirilmişdir.
dle




2014-2016 © Mirzə Şəfi Vazeh